Rusiyada neft hasilatının həcmi bu ilin oktyabr ayında 46,23 mln. ton və ya 10,931 mln. barel/gün təşkil edib.
"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyinin Mərkəzi Dispetçer İdarəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, oktyabr ayında hasilat sentyabrla müqayisədə 0,2% artıb, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 2,7% azalıb.
Oktyabr ayında Rusiya 24,377 mln. ton və ya 5,764 mln. barel/gün neft ixrac edib. Bu, sentyabr ayı ilə müqayisədə 9,6%, ötən ilin anloji dövrü ilə müqayisədə isə 1% çoxdur.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir