Mütəmadi olaraq neft satışlarını hedc edən yeganə ölkə olan Meksika bu il adı çəkilən əməliyyatlara 1,25 mlrd. dollar yatırıb.
"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, Meksika hər il "Put" opsiya kontraktları alır. Bu kontraktlar həmin ilin dekabr ayından sonrakı ilin noyabrına qədər qüvvədə olur. Əgər qiymətlər düşərsə, Meksika bu kontraktlardan gəlir əldə edir.
Bu dəfə isə Meksika Maliyyə Nazirliyi neftin 50 dollar/bareldən aşağı düşməsi ehtimalına qarşı özünü hedc edib. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Meksika, adətən, neft bazarında eyforiya yaşanan zaman, yəni qiymətlər yüksələndə və müsbət əhval-ruhiyyə yarananda özünü hedc edir.
Ötən il Meksika hedc əməliyyatlarına 1,03 mlrd. dollar yatırıb. İlk belə əməliyyat 2001-ci ildə bağlanıb və bu zaman kontraktların ümumi dəyəri 217 mln. dollar təşkil edib. Xatırladaq ki, 2009-cü ildə neft qiymətlərinin kəskin düşməsindən Meksika 5,1 mlrd. dollar qazanıb. Meksika dünyada neft hasilatına görə 10-cu yeri tutur.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir