02 oktyabr 2017 15:22
557

Las-Veqasda atışma - 20 nəfər yaralanıb

Las-Veqasdakı ən böyük kazino qarşısında atışma baş verib. 

Bu barədə "Report" "New York Times"a istinadən xəbər verir.

"Mandalay Bay Casino"nun yaxınlığında atışma barədə məlumatı araşdırırıq. Hamını bu ərazidən yan keçməyə çağırırıq", - polisin "Twitter"də yerləşdirdiyi məlumatda deyilir.

Öz növbəsində, "Hollywood Reporter" qəzeti kazino yaxınlığındakı atışma nəticəsində azı 20 nəfərin yaralandığını bildirir.

Silahlının "Mandalay Bay Hotel" mehmanxana kompleksinin eyvanından atəş açdığı güman edilir. O, yaxınlıqda keçirilən kantri-musiqi festivalına toplaşanları nişan alıb.

Məlumata görə, silahlı çox güman ki, qaçıb gizlənməyə çalışır. Hüquq-mühafizə orqanları kazinoya yaxın yolların bağlanması barədə xəbərdarlıq edib.