16 avqust 2017 14:26
345

ÇL: “Qarabağ” qalib gəldi

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verilib.

Qol.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” öz meydanında “Kopenhagen”i sınağa çəkib.

Daha bir tarixi uğura imza atıb ÇL-in qrupuna yüksəlməyi planlaşdıran Ağdam klubu Danimarka çempionunu 1:0 hesabı ilə məğlub edərək sərfəli nəticə qazanıb.  

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək. 

15 avqust

UEFA Çempionlar Liqası

Pley-off, ilk oyun


“Qarabağ” (Azərbaycan) - “Kopenhagen” (Danimarka) - 1:0 
Qol: Mahir Mədətov, 25
Baş hakim: Paolo Talyavento
Yan xətt hakimləri: Alessandro Calyatini, Alessandro Kostantso 
Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu