ABŞ-ın Florida ştatındakı hava limanlarından birində qorxulu anlar yaşanıb.
Publika.az xəbər verir ki, ildırım əvvəlcə təyyarənin quyruğuna daha sonra təyyarənin yanında dayanan işçisinin üzərinə düşüb. İldrım vurmasının ardından yerə yıxılan Oustin Dan bir müddət huşsuz vəziyyətdə qalıb.
İş yoldaşları tərəfindən xəstəxanaya yerləşdirilən Oustinin üçüncü dərəcəli yanıq xəsarətləri aldığı bildirilib.
Həmin dəhşətli hadisə anbaan kameralara düşüb.