30 iyun 2017 14:01
476

Avropa Liqası: “İnter” 3, “Zirə” 2 qolla qalib gəldi

Dünən Avropa Liqasında 2017/18 mövsümü start götürüb.

“İki sahil” Qol.az-a istinadən xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən “Zirə” və “İnter” ilk oyununa çıxıb.

Ayxan Abbasovun komandası Bakıda Lüksenburqun “Differdanj” klubunu qəbul edirb Bu, “Zirə” üçün tarixi bir oyun olub. Çünki komanda avrokuboklarda debüt edib və 2:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə çıxmaq üçün yaxşı şans əldə edib.

Qeyd edək ki, “Zirə” ötən mövsüm də Avroliqaya vəsiqə qazanmışdı. Ancaq klubun fəaliyyət müddəti 3 ili əhatə etmədiyindən çempionatın gümüş mükafatçısı Avroliqaya buraxılmamışdı.

“Differdanj” isə “Zirə”dən fərqli olaraq ardıcıl bir neçə ildir ki, Avropa Liqasında mübarizə aparır.

29 iyun, Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

21:00. “Zirə” (Azərbaycan) – “Differdanj” (Lüksemburq) - 2:0

Qollar: Riçard Qadze, 22, Kervens Belford, 80

Baş hakim: Daniyar Saxi

Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Alibek Aubakirov

Dördüncü hakim: Marat İskakov (hamısı Qazaxıstan)

Bakı. “Dalğa Arena”

Avropa Liqasında I təsnifat mərhələsindən ölkəmizi təmsil edən digər paytaxt klubu “İnter” də meydanı qalib tərk edib.

Zaur Svanadzenin komandası səfərdə Serbiyanın “Mladost” klubu ilə qarşılaşıb və proqnozların əksinə böyük hesabla (3:0) qələbə qazanaraq demək olar ki, cütün taleyini həll edib.

29 iyun, Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

22:30. “Mladost” (Luçani, Serbiya) – “İnter” (Bakı, Azərbaycan) - 0:3

Qollar: Adrian Skarlatake, 23, 41, Rauf Əliyev, 75

Baş hakim: Aleksey Matyunin

Baş hakimin köməkçiləri: Anton Kobzev, Aleksey Lunyov

Dördüncü hakim: Yevgeni Turbin (hamısı Rusiya)

Luçani. “Mladost” stadionu