Bəy ondan pul istəyən gəlini təpiklədi
Çində bir toy mərasimində baş verənlər qonaqları şoka salıb.
Gəlin maşını ilə tədbirin keçirildiyi məkana gələn bəy və gəlin xoşbəxtliyə ilk addımlarını dalaşaraq atıblar.
İddiaya əsasən toy hazırlıqları müddətində gəlin müntəzəm olaraq bəydən pul tələb edib. Toya gedəndə isə sürücü və gəlin yenə bəydən pul tələb edib. Gəlin maşını evin qarşısına yaxınlaşanda gəlin avtomobildən enmək üçün yenə pul tələb edib. Bundan sonra hirsli bəy gəlini avtomobildən endirib. Sonra isə gəlini toy mərasimi keçirilən məkana qədər sürütləyib və təpikləyib.