Bu əlcəklərə sahib olan fəhlələr bir daha əllərindən yaralanmayacaq
İstehsal, inşaat sahəsində işləyən fəhlələrin əksəriyyəti iş yerlərində tez-tez yaralanırlar. Artıq bunun da çarəsi tapılıb. Belə ki, zərbəyə davamlı əlcəklər ixtira edilib. Bununla bağlı paylaşılan videodan aydın olur ki, belə əlcəklərə sahib əllər çəkic vurulmasından, üstünə daş düşməsindən, kəsilməkdən amandadırlar.
Zərbə əleyhinə olan səth ancaq üst qism olduğundan əlcəklər əlin hərəkətinə mane olmur./faktxəbər