09 iyun 2017 22:03
547

Argentina millisi Braziliyanı 7 ildən sonra məğlub edib

Avstraliyanın Melburn şəhərində Braziliya və Argentina yığmaları arasında yoldaşlıq görüşü keçirilib. 

"Report"un məlumatına görə, "Melburn Kriket Qraund" stadionunda təşkil olunmuş qarşılaşma Argentinanın qələbəsi ilə yekunlaşıb. Yeganə qol 45-ci dəqiqədə vurulub. 30 yaşlı müdafiəçi Qabriel Merkado fərqlənib. 

Bununla da Argentina 2012-ci ildən sonra ilk dəfə Braziliyanı yenib. Buna baş məşqçi Xorxe Sampaolinin rəhbərliyi altında nail olunub.