Minimalist dizaynı və sadə interfeysi ilə diqqət çəkən "Light Phone” adlı telefon modeli istifadəçilərə təqdim edilib.
Bu telefonla yalnız zəng edə bilərsiniz. Mesaj və elektron məktub göndərmək mümkün deyil. 9 adamın nömrəsini qeyd edə biləcəyiniz telefon microUSB ilə enerji yığır. Telefona tək SİM kart gedir. Telefonun ağrılığı 38.5 qramdır. 2-4 gün arası gözləmə və 45-90 dəqiqə danışmaq müddəti təqdim edən telefon 2G ilə danışıqları dəstəkləyir.
Telefon ABŞ-da istifadəçilərə təqdim edilib. Digər ölkələrdə satılıb-satılmayacağı ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, telefonun 3 min dollar qiyməti var.