04 may 2017 21:37
280

Le Pen yumurta atəşinə tutuldu

Fransa prezidentliyinə namizəd Marin Le Pen yumurta atəşinə məruz qalıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Bretan şəhərində baş verib.

Seçiсiləri ilə görüş keçirən xanım namizəd bir qrup şəxsin etirazı və yumurta atəşi ilə üz-üzə qalıb. Mühafizəçiləri onu qoruyaraq ərazidən uzaqlaşdırıblar.