Qazaxıstanın neft hasilatının həcmi hər il artaraq 2025-ci ilədək 104 milyon tona çatacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Kanat Bozumbayev deyib. Nazir bildirib ki, böyük neft layihələri qısa müddətdə ölkə iqtisadiyyatının inkişafına əhəmiyyətli təsir göstərəcək.
“Tengiz”, “Karaçaganak” və “Kaşagan” neft-qaz layihələri sayəsində neft sektoru böyüyəcək. Keçən il “Kaşagan”dan neft istehsalına başlanması ilə ölkənin neft hasilatı 78 milyon tondan 86,2 milyon tona yüksəlib. Neft istehsalının həcmi hər il artaraq 2025-ci ilə kimi ildə 104 milyon tona çatacaq”, - deyə K.Bozumbayev qeyd edib.
O əlavə edib ki, bu ilin yanvar-aprel aylarında ölkədə 30 milyon ton neft çıxarılıb və keçən ilin eyni dövrünə görə 6 faiz artım olub. Bu il Qazaxıstanın neft istehsalın 87 milyon ton səviyyəsində olacağı gözlənilir.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir