SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təlim mərkəzlərinə şagird qəbulu başlayıb
SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) təlim mərkəzlərinə şagird qəbulu üzrə müsabiqə elan edib.
Müsabiqəyə Azərbaycan Respublikası vətəndaşı, bu il sentyabrın 15-dək 29 yaşı tamam olmayan, orta ixtisas, ilk peşə-ixtisas və ya tam orta təhsili olan (hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müraciət edə bilməzlər) və hərbi bileti olan (kişilər üçün, həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq) şəxslər müraciət edə bilər.
Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı http://new.socar.az/khs/upload/sayt uchun/ttm/khtm/index-khtm.html linki vasitəsilə “Qəbul qaydaları” bölməsindən, elektron müraciət formasını isə “Müraciət et” bölməsində doldurmaq olar. Qəbul haqqında hər hansı bir sualı olan vətəndaşlar [email protected] elektron poçt ünvanına yaza bilərlər. Müraciət üçün son tarix iyun 21-i saat 17:00-dur.
Niş şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası layihəsinə dair Səhmdar Sazişi imzalanıb - FOTO
Bakı Ali Neft Məktəbinin məzunu Çində kibertəhlükəsizlik üzrə mükafat qazanıb
SOCAR-ın prezidenti “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti ilə görüşüb
Bakı Ali Neft Məktəbi 36 layihə ilə Türkiyədə “TEKNOFEST 2026”da iştirak edir