18 aprel 2017 14:46
270

Venesuela prezidenti ordunu şəhərlərə yeridib

Venesuela prezidenti Nikolas Maduro ordunun şəhərlərə yeridilməsi barədə göstəriş verib. Buna səbəb ölkədə kütləvi etriaz aksiyaların keçirilməsidir.

Etirazlara səbəb Venesuelanın Ali Məhkəməsinin idarəçiliyi öz üzərinə götürərək parlamentin səlahiyyətinlərinə yiyələnməsidir. Buna ilk etiraz isə ölkənin Baş Prokurorluğundan gəlib. Belə ki, Prokurluq Ali Məhkəmənin parlamentin səlahiyyətlərinə yiyiələnməsini konstitusiyanın pozulması kimi qiymətləndirib.

Bu arada Ali Məhkəmə prezident Nikolas Maduroya fövqəladə vəziyyətdə qərar qəbul etmək səlahiyyətini də verib.

Müxalifət bəyan edib ki, çərşənbə günü, aprelin 19-da "bütün etirazların anası" adlı mitinq keçirməyi planlaşdırır. Nikolas Maduro isə silahlı qüvvələri sabiq prezident Uqo Çavez tərəfindən 1999-ci ildə başladılan "Bolivar inqilabı"nı qorumağa çağırıb./faktxəbər