17 aprel 2017 16:06
342

"Mançester Yunayted" "Çelsi"ni məğlub etdi

"Mançester Yunayted" futbol üzrə İngiltərə çempionatının 33-cü turu çərçivəsində "Çelsi"ni 2:0 hesabı ilə məğlub edib.

Meydan sahiblərinin heyətində Markus Raşford (7-ci dəqiqə) və Ander Errera (49) fərqlənib.

"Qırmızı şeytanlar" bu qələbə sayəsində turnirdə məğlubiyyətsiz oyunlar seriyasını 2-yə çatdırıblar. "Mançester Yunayted" turnir cədvəlində 60 xal ilə 5-ci pillədə qərarşlaşıb. "Çelsi" 75 xal ilə liderdir.

"Mançester Yunayted" növbəti oyununu aprelin 23-də səfərdə "Bernli"yə qarşı keçirəcək. "Çelsi" iki gün sonra "Sauthempton"u qəbul edəcək.

Mançester Yunayted - Çelsi 2:0

Qollar:Reşford, 7. Ander Errera, 49.