Sosial şəbəkələrdə virus kimi yayılan bu video böyük müzakirələrə səbəb olub.
Hadisə Nyu-Yorkun Bronks rayonunda yerləşən metro stansiyasında baş verib. Ehtimal olunur ki, yaşlı qadın bu stansiyada düşəcəyini gec anlayıb. O, vaqondan çıxarkən qapılar bağlanıb və başı çöldə qalıb.
Ən dəhşətlisi isə yaxınlığından o qədər insan keçməsinə baxmayaraq, birinin də dönüb ona yardım etməməsi olub.
Video Instagram-da paylaşılan kimi sürətlə yayılıb. İstifadəçilər insanların bu qədər laqeyid münasibətindən öz qəzəblərini bildiriblər./faktxəbər