31 mart 2017 19:32
276

Türkiyə müdafiə nazirinin korteji qəzaya uğrayıb, 5 nəfər yaralanıb

Türkiyənin müdafiə naziri Fikri İşıkı müşayiət edən avtomobil karvanı qəzaya uğrayıb.

“Report”  xəbər verir ki, bu barədə "Haberler" məlumat yayıb.

Baş verən qəza nəticəsində 5 nəfər yaralanıb.

Hadisənin baş verməsinin səbəbləri araşdırmalardan sonra məlum olacaq.