Bu ilin fevral ayı ərzində Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 1 milyon 989 min 636 ton Azərbaycan nefti nəql edilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-fevral aylarında bu kəmərlə 4 milyon 401 min 899 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il mart ayının 1-nə qədər BTC-yə 325 milyon 939 min 961 ton neft vurulub.
Bundan başqa, bu ilin fevral ayında BTC kəməri ilə 571 min 860 ton Türkmənistan nefti nəql olunub.