Fevralın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrabı qəbul etmişdir.
Qonağı səmimi salamlayan Rövnəq Abdullayev Azərbaycan-Almaniya münasibətlərinin inkişafında enerji sahəsində əməkdaşlığın mühüm rol oynadığını qeyd etmiş, SOCAR və Almaniyanın enerji şirkətləri, xüsusilə də Uniper (E.ON) şirkəti ilə uzunmüddətli, səmərəli əməkdaşlığın mövcudluğunu vurğulamışdır. SOCAR-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrin reallaşmasında Almaniya şirkətlərinin rolu xüsusi qeyd olunmuşdur.
Səfir təbii qazın hasilatı və nəqli ilə bağlı həyata keçirilən layihələrin inkişafında maraqlı olduqlarını diqqətə çatdırmışdır.