2016-cı ildə Rusiyanın təbii qaz hasilatı 0,9 faiz artaraq 639 milyard kubmetr olub.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.
Bu, 2013-ci ildən bəri Rusiyanın təbii qaz hasilatında ilk artım ilidir.
2016-cı ildə Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin qaz hasilatı 2015-ci illə müqayisədə 0,1 faiz artıb. Şirkətin ötənilki təbii qaz hasilatı 419,07 milyard kubmetr (Rusiyanın ümumi istehsalının 65,6 faizi) təşkil edib.