29 noyabr 2026 21:21
99

Quşla toqquşan "Eurowings" təyyarəsi Düsseldorf hava limanına qayıdıb

Tenerifeyə uçan Almaniyanın "Eurowings" aviaşirkətinə məxsus EW 9558 saylı reys quşla toqquşmadan sonra Düsseldorf hava limanına geri dönüb.

“İki sahil” xəbər verir ki, təyyarə havaya qalxdıqdan dərhal sonra pilotlar mühərriklərdən birində vibrasiya aşkar ediblər. Təhlükəsizlik məqsədilə hava limanına qayıtmaq qərarı verilib.

A321 tipli təyyarənin göyərtəsində 152 sərnişin olub. Təyyarə Düsseldorf hava limanına təhlükəsiz eniş edib. Onun texniki vəziyyəti yoxlanılacaq.

"Eurowings" aviaşirkəti sərnişinlərin səfərini davam etdirməsi üçün ehtiyat təyyarə təqdim edib.