28 noyabr 2026 17:19
200

Azərbaycan ayaqqabı istehsalını 56 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 milyon 277,4 min cüt ayaqqabı istehsal edilib.

“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56 % çoxdur.

Bu ilin noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 98 min cüt hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 1 milyon 79 min cüt ayaqqabı istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 0,7 % azdır.