28 noyabr 2026 15:32
147

5-ci sinif şagirdi avtomobil qəzasında həlak olub

Lənkəran məktəbinin V sinif şagirdi avtomobil qəzasında həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə Q. Zeynalov adına Darquba kənd tam orta məktəbi sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, Lənkəran rayonunun Darquba kənd məktəbinin beşinci sinif şagirdi Əlövsət Səlahət oğlu Yusubzadə avtomobil qəzası nəticəsində həyatını itirib.

Məktəb kollektivi şagirdin vəfatı ilə əlaqədar onun ailəsinə, yaxınlarına, müəllimlərinə və dostlarına başsağlığı verib.