İran zənginləşdirilmiş uran ehtiyatlarının müzakirəsinə hazır olsa da, onların ölkə xaricinə çıxarılmasına razı deyil.
“İki sahil” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Tehran 60 faizə qədər zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı danışıqlara açıqdır. O, nüvə zənginləşdirilməsi məsələsində İranın milli maraqlarını qoruyan ədalətli razılaşmanın əldə olunmasının mümkünlüyünü qeyd edib.
Əraqçi bildirib ki, Tehran ABŞ ilə yeni müharibənin qarşısını alacaq davamlı razılaşma əldə etmək istəyir, lakin Vaşinqtonun qələbə kimi təqdim edə biləcəyi güzəştlərə getmək niyyətində deyil.
O, həmçinin İran və ABŞ arasında Qətər və Pakistan vasitəsilə təkliflər mübadiləsinin davam etdiyini təsdiqləyib.
Rumıniyada nazir müavini qaçaqmalçılıqda ittiham olunur: 880 min avroluq qalmaqal