20 noyabr 2026 09:24
282

Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnamın paytaxtı Hanoy şəhərində “İnqilab şəhidləri” abidəsini ziyarət edib.

“İki sahil” xəbər verir ki, abidənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.