19 noyabr 2026 00:02
95

Fidan Əl Nəhyanla Fars körfəzindəki son vəziyyəti müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidanla Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı Şeyx Abdullah bin Zayed Əl Nəhyan arasnda telefon danışığı baş tutub.

“İki sahil” "TRT Haber"ə istinadən xəbər verir ki, danışıq zamanı ikitərəfli münasibətlər başda olmaqla, Fars körfəzindəki son vəziyyət müzakirə edilib. Həmçinin regiondakı münaqişələrin sonlandırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.