NATO mənzil-qərargahında növbəti “NATO Xeyriyyə Bazarı” keçirilib.
“İki sahil” xəbər verir ki, ənənəvi olaraq, Azərbaycanın NATO yanında Nümayəndəliyi, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi tədbirdə fəal iştirak edib.
40-a yaxın ölkənin iştirak etdiyi xeyriyyə bazarında “Hyatt Regency Baku”nun sponsorluğu ilə Azərbaycanın milli məhsullarından ibarət stendi və milli mətbəxi nümayiş etdirilib.
Tədbiri NATO-nun Beynəlxalq Qərargahının və Beynəlxalq Hərbi Qərargahının yüksək vəzifəli şəxsləri, müttəfiq və tərəfdaş dövlətlərinin Alyans yanında səfirləri və hərbi nümayəndələri, o cümlədən digər qonaqlar ziyarət ediblər.
Azərbaycanın milli məhsullarından ibarət stendi və zəngin mətbəxi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Aİ Rusiyanın "kölgə donanması"na aid olduğu ehtimal edilən tankerə desant çıxarıb