BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasına (COP30) ev sahibliyi etmiş Braziliyanın Belem şəhərindən velosipedlə yola çıxan beynəlxalq qrup minlərlə kilometr məsafə qət edərək COP31-in keçirildiyi Antalyaya çatıb.
“İki sahil” xəbər verir ki, mayın 28-də yola çıxan “The COP31 Bike Ride” təşəbbüsünün iştirakçıları COP31-in sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurumla görüşərək müxtəlif ölkələrdən topladıqları müraciət məktublarını və rəmzi iqlim bayrağını ona təqdim ediblər.
Velosiped kimi mikromobillik vasitələrinin təşviqi və karbon izinin azaldılmasını hədəfləyən təşəbbüsün iştirakçıları yolboyu müxtəlif ölkələrdə insanlarla görüşərək velosiped infrastrukturunun genişləndirilməsi ilə bağlı müraciətlər toplayıblar.
Murat Kurum qrupun təşəbbüsünü yüksək qiymətləndirərək onların COP30-dan COP31-ə qədər uzanan səfər vasitəsilə bütün dünyada iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın artırılmasına töhfə verdiklərini bildirib.
Nazir 2035-ci ilədək qlobal elektrikləşmə səviyyəsinin 35 faizə çatdırılmasının hədəfləndiyini qeyd edərək, bu istiqamətdə mikromobillik vasitələrinin, o cümlədən velosiped və velosiped yollarının inkişafının əhəmiyyətini vurğulayıb.
Söyüdlü kəndinin boşaldılacağı barədə məlumatlar əsassızdır - Media və Yayım Şurası