“İki sahil” xəbər verir ki, 2026-cı ilin yanvar–oktyabr aylarında “PAŞA Kapital” 52 146 əməliyyat həyata keçirərək bütün investisiya şirkətləri arasında birinci yerdə qərarlaşıb. Şirkət birja üzvləri tərəfindən həyata keçirilən ümumi əməliyyatların təxminən yarısını (49,85%) təmin edərək bazarda lider mövqeyini qoruyub.
Hesab dövrünün yekunlarına əsasən, PAŞA Kapital aşağıdakı istiqamətlər üzrə ticarət dövriyyəsinə görə birinci yeri tutub:
Dövlət istiqrazları – 2,73 milyard manat, 65, 21% bazar payı;
Səhmlər – 1,5 milyard manat, 51, 09% bazar payı;
Azərbaycan Respublikası Mərkəzi Bankının notları – 1,48 milyard manat, 43, 74% bazar payı;
Korporativ istiqrazlar – 989,1 milyon manat, 37, 92% bazar payı.
Əldə olunan nəticələr “PAŞA Kapital”ın Azərbaycanın kapital bazarında güclü mövqeyini, müxtəlif maliyyə alətləri üzrə aktiv fəaliyyətini və investorların bazar imkanlarına çıxışının genişləndirilməsində rolunu nümayiş etdirir.
“PAŞA Kapital”ın məhsul və xidmətləri haqqında ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya www.pashacapital.az saytına daxil ola bilərsiniz.