Qazaxıstanın "KazTransOil" milli şirkəti 2026-cı ilin yanvar-oktyabrında Aktau dəniz limanı vasitəsilə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri istiqamətində 1 milyon 321 min ton neft tranzit edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Report" şirkətə istinadən xəbər verir.
"KazTransOil"un imkanlarından istifadə edərək, Aktau limanında tankerlərə yüklənmiş neftin ümumi həcmi 2 milyon 922 min ton təşkil edib ki, bu da illik müqayisədə təxminən 11 % artım deməkdir.
Cari ilin 10 ayında şirkət əsas boru kəməri sistemi vasitəsilə neft nəqlinin həcmini 4,6 % artıraraq, 38 milyon 306 min tona çatdırıb.
WSJ: "Nvidia"nın İdarə Heyəti Jensen Huanqı baş direktor vəzifəsindən uzaqlaşdıracaq
Rio-de-Janeyroda əhalinin üçdə biri cinayətkar qruplaşmaların nəzarəti altında yaşayır
Şimali Koreya lideri yeni dəniz bazasının tikintisinin sürətləndirilməsini tapşırıb