Ermənistandan KTMT-dən çıxmaqla bağlı müraciət daxil olmayıb.
“İki sahil” xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. Onun sözlərinə görə, eyni ilə İrəvandan Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı da müraciət daxil olmayıb. Lavrov qeyd edib ki, Paşinyanın Aİ üzvlüyünə müraciət etdikdən sonra referendum keçirmək cəhdi xalq üçün seçim deyil; xalqı fakt qarşısında qoymaqdır.
"Paşinyan bəyan edib ki, Ermənistan KTMT-yə marağını itirib, bu təşkilat İrəvan üçün faydasızdır. Bütün bunlar sözlərdən ibarətdir, heç bir sənədlə təsdiqlənmir. Əgər onlar istəyirlərsə ki, biz Ermənistanı KTMT-dən qovaq, bunu heç kəs etməyəcək", - deyə Rusiya XİN başçısı vurğulayıb.
Keniyada yaraqlılar iki polis əməkdaşı da daxil olmaqla, səkkiz nəfəri öldürüblər
Fransa 1,5 milyard avrodan artıq dəyəri olan iki hərbi kəşfiyyat peyki sifariş edib