10 noyabr 2026 11:02
294

Xankəndi şəhər stadionunda təmirdən sonra ilk rəsmi oyunun vaxtı açıqlanıb

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur.

“İki sahil” xəbər verir ki, Peşəkar Futbol Liqasından verilən məlumata görə, noyabr ayının 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində baş tutacaq “Xankəndi” – “Karvan-Yevlax” matçı bu stadionda keçiriləcək. Qarşılaşma saat 16:00-da start götürəcək.

"Xankəndi" klubu bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub.