09 noyabr 2026 19:00
105

Rusiya nümayəndə heyəti Ukrayna danışıqları üçün Əbu-Dabiyə yola düşüb

Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı Rusiya, ABŞ və Ukrayna arasında keçiriləcək üçtərəfli danışıqlarda iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabiyə yola düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə TASS agentliyi mənbəsinə istinadən məlumat verib.

“Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb”, - deyə agentliyin həmsöhbəti bildirib.