ABŞ administrasiyası İranın nizamlanma ilə bağlı Birləşmiş Ştatlara ünvanladığı tələblərini qəbuledilməz, bəzi hallarda isə qəzəbləndirici və qeyri-real hesab edir.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio G7 ölkələrinin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi Parisə yola düşməzdən əvvəl jurnalistlərlə söhbətində qeyd edib.
Onun sözlərinə görə, danışıqlar ciddi nəticələr vermir.
“Hazırda İranla danışıqlar o qədər də məhsuldar deyil, çünki İranın tələbləri sadəcə qəbuledilməz deyil, bəzi hallarda qəzəbləndirici, absurd və tamamilə qeyri-realdır”, – deyə o bildirib.