Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bildirib.
“44 gün ərzində Siz - əziz qardaşım və qardaş türk xalqı bizim yanımızda idi”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, müharibənin ilk saatlarında Rəcəb Tayyib Ərdoğanın verdiyi bəyanat və onun telefon söhbəti bütün dünyaya qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu göstərdi.
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin