01 noyabr 2026 22:31
117

Ağstafada iki yeniyetməni avtomobil vurub

Ağstafada iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili 2010-cu il təvəllüdlü S.Əhmədovanı və 2010-cu il təvəllüdlü N.Qasımovanı vurub. Hər iki yeniyetmə qız dərhal xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hadisə rayon ərazisində yerləşən orta məktəblərdən birinin yaxınlığında ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

AZƏRTAC