01 noyabr 2026 17:09
102

Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb

Hindistanın şimal-şərqindəki Manipur ştatında yerli sakinlər arasında etnik zəmində baş verən toqquşmalarda beş nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" polisə istinadən xəbər verib.

"İki ayrı hadisədə beş nəfər həlak olub. Şənbə günü Kuki qəbiləsindən üç kişi Noni rayonunda naməlum silahlı qruplar arasında baş verən atışmada həlak olub.

Bu həftənin əvvəlində itkin düşən eyni icmadan olan daha iki kişinin meyiti bazar günü səhər axtarış əməliyyatından sonra Kanqpokpi rayonunda tapılıb", - açıqlamada bildirilir.

Kuki qəbiləsi Naqa separatçı qruplarını "doğma torpaqlarına birbaşa, səbəbsiz hücum"da təqsirləndirib.

Qətllər Manipurun paytaxtı İmphalda və digər rayonlarda yüz minlərlə insanın iştirak etdiyi kütləvi etirazlar fonunda baş verib. Etirazçılar silahlı Kuki qrupları ilə Hindistan hökuməti arasında atəşkəs müqaviləsinin ləğvini tələb ediblər.

Əsasən xristian olan Kuki və Naqa qəbilələrinin ucqar şimal-şərq əyalətində etnik ərazi iddiaları ilə bağlı münaqişənin tarixi uzundur.