Sudanın şərqində, Qırmızı dəniz ştatının Heyya şəhərində üsyançı “Çevik Reaksiya Qüvvələri” (ÇRQ) hərəkatına məxsus pilotsuz uçuş aparatları neftvurma stansiyasına və enerji infrastrukturu obyektinə hücum edib.
“İki sahil” xəbər verir ki, bu barədə “Sudan Tribune” portalı yerli mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, oktyabrın 31-də həyata keçirilən hücum nəticəsində hər iki obyektdə yanğın baş verib. Neftvurma stansiyasına endirilən zərbə bir neçə xam neft çəninin alışmasına səbəb olub. Cənubi Sudandan neft Qırmızı dəniz sahilində yerləşən Bəşair ixrac terminalına Heyya şəhərindən keçən neft kəməri vasitəsilə nəql olunur.
Bundan əlavə, pilotsuz uçuş aparatı Heyya şəhərində tikintisi başa çatmaq üzrə olan transformator yarımstansiyasına da zərbə endirib. Bu obyekt Port-Sudanın elektrik təchizatının yaxşılaşdırılmasına xidmət etməli idi.
Qeyd edək ki, bu, son üç gün ərzində şəhərin enerji infrastrukturuna edilən ikinci hücumdur.
Türkiyə və Cənubi Koreya arasında yeni sazişlər imzalanacaq – Ərdoğan Seula gedir
İran ABŞ və İsrailin hücumlarına dair sübutları beynəlxalq təşkilata təqdim etdi – IRNA
Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib