Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Türkiyədə görüşməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyəyə səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski "CNN Türk"ə müsahibədə bildirib.
"Prezident (Rəcəb Tayyib-red.) Ərdoğanın Putinlə öz əlaqəsinin olduğunu bilirəm. Bu səbəbdən biz Türkiyədəki görüşü dəstəkləyirik. Amma burada çox önəmli bir məqam var. Sizin də dediyiniz kimi Türkiyədə onsuz da çox sayda görüş olub və Birləşmiş Ərəb Əmirliklərində də texniki qruplar və nümayəndə heyətləri arasında görüşlər baş tutub. Fərqli nəticələr əldə edilib, amma müharibə davam edir", - Ukrayna Prezidenti bildirib.
Zelenski vurğulayıb ki, liderlərin görüşündən sonra insanlar bir irəliləyiş görməsə, o zaman suallar artacaq və bu vəziyyət diplomatiyanın məğlubiyyəti kimi qiymətləndiriləcək: "Çünki texniki qruplar görüşdüklərində nəticəyə çatmaq mövzusunda çətinlik çəkə bilər. Amma biz, liderlər olaraq iradəmizi ortaya qoyduğumuzda həll edə bilməyəcəyimiz bir problem olduğunu düşünmürəm. Bu səbəbdən onsuz da qərar qəbul edənlər olaraq görüşmək istəyirəm".
Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib