Misli Premyer Liqasının 10-cu turu çərçivəsində “Araz-Naxçıvan” Şamaxıda “Zirə” ilə qarşılaşıb.
“İki sahil”in məlumatına görə, qarşılaşmanın 22-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Patrik Adrade hesabı açıb. 62-ci dəqiqədə isə Ağadadaş Salyanski komandasının ikinci qolunun müəllifi olub. 69-cu dəqiqədə isə Eren Aydın buraxılan qollardan birinin əvəzini çıxıb.87-ci dəqiqədə isə Mehdi Mişahşah “Zirə”nin bərabərlik qolunu vurub - 2-2.
Misli Premyer Liqası
X tur
31 oktyabr (şənbə)
15:00. “Araz-Naxçıvan” 2-2 “Zirə”
Qollar: Patrik Adrade, 22 (1-0), Ağadadaş Salyanski, 62 (2-0), Eren Aydın, 69 (2-1), Mehdi Mişahşah, 87 (2-2)
Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev, Əliyar Ağayev (VAR), Zeynal Zeynalov (AVAR)
Şamaxı şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”