31 oktyabr 2026 14:00
99

ABŞ-də qazma qurğularının sayı artıb

ABŞ-də neft qazma qurğularının sayı oktyabrın 24-30-u tarixlərini əhatə edən həftə ərzində 2 vahid artaraq 462-yə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə neft-qaz sənayesi üzrə xidmətlər göstərən “Baker Hughes” şirkətinin həftəlik hesabatında bildirilib.

Məlumata görə, ABŞ-də neft qazma qurğularının sayı son bir ildə 48 vahid artıb.