31 oktyabr 2026 11:50
106

Səudiyyə Ərəbistanı hava məkanını pozan dronu məhv edib

Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyadın şəhər kənarında pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya hava hücumundan müdafiə qüvvələrinin PUA-nı ələ keçirərək məhv etdiyini bildirib.

Dronun hansı ölkəyə məxsus olduğu və hadisənin digər təfərrüatları açıqlanmayıb.