Noyabrın 1-dən metronun “Memar Əcəmi” stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir.
156 nömrəli marşrut üzrə 10 ədəd “İsuzu Citibus”markalı, 156A nömrəli marşrut üzrə isə 4 ədəd “İsuzu HC45” markalı müasir və komfortlu avtobusdaşımalara cəlb ediləcək.
Hər iki marşrut nağdsız qaydada fəaliyyət göstərəcək. Gedişhaqqı 0,50 AZN müəyyən edilib.