27 oktyabr 2026 12:43
125

VII Dialoq Forumu: Beynəlxalq təşkilatların və nazirlərin xüsusi birgə sessiyası işə başlayıb

“Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 27-də Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-ci görüşünün xüsusi birgə sessiyasının açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslər iştirak edir.