Çexiya qarşıdakı on il ərzində də vahid Avropa valyutasına keçməyə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə Pardubitse Universitetində keçirilən dəyirmi masa zamanı çex ekspertlər səsləndiriblər.
Mütəxəssislər hesab edirlər ki, əhalinin avroya dəstəyinin aşağı olması siyasətçiləri bu qərarı təxirə salmağa vadar edir.
Çexiya Milli Bankının Pul-Kredit Departamentinin direktoru Petr Sklenarj avronun tətbiqinin, ilk növbədə, siyasi layihə olduğunu bildirib.
Milli Büdcə Şurasının sədri Moymir Qampl isə ölkənin öz valyutası ilə uğurla inkişaf edə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bunun üçün ölkənin pul-kredit və fiskal siyasəti avrozonanın orta göstəricilərindən daha səmərəli olmalıdır.
Ekspertlər, həmçinin qeyd edirlər ki, valyutanın dəyişdirilməsi özlüyündə iqtisadi artıma zəmanət vermir.
Qeyd edək ki, Çexiyada avronun tətbiqi ilə bağlı müzakirələr iyirmi ildən artıqdır davam edir.
Macarıstanda elektron siqaretdən istifadə ilə əlaqədar ağciyər transplantasiyası həyata keçirilib
Böyük Britaniyanın Baş naziri Aİ ilə sərbəst hərəkət rejiminin bərpasını müzakirə etməyə hazır olduğunu açıqlayıb
Şahzadə Harrinin həyat yoldaşının atasına göndərdiyi məktubun təfərrüatları məlum olub