Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Daşkəsən şəhər və Gənclər və İdman İdarəsi ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş yığıncaqlar keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirlərdə YAP Daşkəsən rayon təşkilatının məsul işçisi Sərdar Xıdırov, qurultay nümayəndələri Malik Ələsgərov və Nailə Məmmədova iştirak ediblər.
Çıxışlarda dövlət başçısının irəli sürdüyü çağırışların əməli fəaliyyətə çevrilməsində partiya üzvlərinin üzərinə düşən vəzifələrdən bəhs olunub. Qeyd olunub ki, Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışı partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərini və strateji hədəflərini müəyyənləşdirir. Dövlətçilik prinsiplərinin qorunması, milli birliyin daha da möhkəmləndirilməsi, ictimai-siyasi fəallığın artırılması və ölkənin strateji məqsədlərinin həyata keçirilməsi ümumi inkişafın mühüm istiqamətlərindəndir.