17 oktyabr 2026 21:07
174

Milli Aviasiya Akademiyası II Azərbaycan–Özbəkistan Rektorlar Forumunda İştirak Edib

 

16–17 oktyabr 2026-cı il tarixlərində Xankəndi şəhərində, Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında II Rektorlar Forumu keçirilib. Forumda Milli Aviasiya Akademiyası (MAA) da təmsil olunub.

Forum çərçivəsində MAA ilə Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq müqavilələri imzalanıb. Sənədlər universitetlərarası əlaqələrin genişləndirilməsi, akademik əməkdaşlığın inkişafı və gələcək birgə təşəbbüslərin həyata keçirilməsi baxımından yeni imkanlar yaradır.

Milli Aviasiya Akademiyası beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və xarici ali təhsil müəssisələri ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.