17 oktyabr 2026 16:51
284

Yeni prioritetlər və qarşıda duran vəzifələr müzakirə edilib

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Dövlət Sosial Müdafiə Fondu və “Daşkəsən Dəmir Filiz” MMC ərazi partiya təşkilatlarında Prezident, YAP-ın Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş yığıncaqlar keçirilib.

Yığıncaqlarda YAP Daşkəsən rayon təşkilatının məsul işçisi Sərdar Xıdırov və qurultay nümayəndəsi Malik Ələsgərov iştirak ediblər.

Qeyd olunub ki, partiyanın VIII Qurultayında qarşıdakı dövrün əsas fəaliyyət istiqamətləri və prioritet vəzifələri müəyyənləşdirilib. Bildirilib ki, yeni tarixi reallıqlar şəraitində ideoloji işin gücləndirilməsi, dövlətçilik prinsiplərinin təşviqi və partiya üzvlərinin qarşıya qoyulan vəzifələrin icrasında fəallığının daha da artırılması xüsusi önəm daşıyır.