07 oktyabr 2026 22:00
141

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

 

 

“PostEurop” Baş Assambleyasına həsr olunmuş xüsusi poçt markası möhürləndi!

Bakıda “Azərpoçt” MMC-nin ev sahibliyi ilə keçirilən “PostEurop” Baş Assambleyası və Biznes Forumu çərçivəsində xüsusi poçt markasının möhürlənmə mərasimi baş tutdu.

Mərasimdə “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Manaf Babayev, “PostEurop”un İdarə Heyətinin sədri Elena Fernandez-Rodriguez, təşkilatın Baş katibi Botond Szebeny və Ümumdünya Poçt İttifaqının (ÜPİ) Baş direktoru Masahiko Metoki iştirak edərək poçt markasını möhürlədilər.