Müzakirələr zamanı aidiyyəti sahələr üzrə mövcud problemlər araşdırılmış, mövsümi hazırlıqla bağlı görüləcək işlər və zəruri tədbirlər diqqətə çatdırılmışdır. Qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması məqsədilə aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilmiş, icra vəziyyətinin nəzarətdə saxlanılması vurğulanmışdır.
İclasın yekununda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.